Livan Hizbullahı bəyanatında Yəmən silahlı qüvvələrinin sionist rejimə qarşı bənzərsiz raket hücumunu yüksək qiymətləndirib və vurğulayıb: Bu hücum yüksək dəqiqliklə və mürəkkəb hərbi şəraitdə öz məqsədlərinə nail olub və müvəqqəti sionist rejimin bütün sahələrdə zəiflik və süstlüyünü nümayiş etdirib.
Hizbullah vurğulayıb: Yəmənin nəcib rəhbərliyinin İsrail rejiminin təcavüzünə cavab olaraq qəbul etdiyi bu cəsarətli qərar, soyqırım müharibəsi və cinayətkarlıq dayanana qədər məzlum Fələstin xalqını və onun cəsur müqavimətini dəstəkləyən bütün müqavimət cəbhəsinin ümumi və vahid mövqeyinin əsl təfsiridir.
Sizin rəyiniz